AZ

Suraxanıda əmək yarmarkası təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı və Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə 23 yanvar 2025-ci il tarixində Suraxanı Gənclər Evinin inzibati binasında "Əmək Yarmarkası" təşkil olunmuşdur. Suraxanı Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbirdə Suraxanı RİH-in, Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak etmişdir. Əmək Yarmarkasında 18 müəssisə tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Əmək və Məşğulluq" altsistemində vakansiya bankına yerləşdirilmiş (əmək haqqı 400-1200 manat) 148 sayda yeni iş yeri vətəndaşlara təqdim olunmuşdur.
İşəgötürənlər tərəfindən təqdim olunmuş vakansiyalara uyğun gələn vətəndaşların dəvət olunması istiqamətində təhsil müəssisələri, yerli icra orqanları, assosiasiyalar və ictimai birliklərlə iş aparılmış, həmçinin Bakı RMF tərəfindən MEİS-də qeydiyyatda olan işsiz və işaxtaran şəxslər də daxil olmaqla 211-dək vətəndaşın iştirakı təmin olunmuşdur. Cəlb edilmiş şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır.       
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
34
olaylar.az

10Mənbələr