“Qalatasaray” Moskvanın “Spartak” klubunun 22 yaşlı hücumçusu Manfred Uqalda ilə maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Kağan Dursan “X” sosial şəbəkəsində məlumat verib. Mənbənin məlumatına görə, türk nəhəngi futbolçunu transfer siyahısına daxil edib ki, bu siyahıda “Volfsburq”un hücumçusu Conas Uind də var.
Bu mövsüm Uqalde bütün yarışlarda 22 matçda iştirak edib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.