AZ

İranda hakimiyyət dəyişir: Rusiya işarə vurdu

Rusiya Xarici Kəşfiyyat  Xidmətinin (SVR) direktoru Sergey Narişkin, 2025-ci ilin stabil və sakit olmayacağını bildirib.

"Artıq bu gün aydındır ki, 2025-ci il sakit olmayacaq. Çox şey regional və qlobal oyunçuların məntiqə və dözüm baxımından nə dərəcədə kifayət etdiyindən asılı olacaq”,-  deyə o, vurğulayıb.

Narişkin qeyd edib ki, hazırda dünya birqütblü düzəndən "yeni, ədalətli düzənə" keçid edir. Onun sözlərinə görə, bu proses olduqca çətin və risklidir.

Xarici Kışişları Xidmətinin rəhbəri böyük dünya hegemonunun - Vaşinqtonun -  qlobal proseslər üzərində nəzarəti tədricən itirdiyini də vurğulayıb. Bununla yanaşı, formalaşan çoxqütblü dünya düzənində yeni, güclü və nüfuzlu oyunçuların ortaya çıxdığını, bu oyunçuların inkişaf potensialına malik olduqlarını və dünya miqyasında təhlükəsizlik və sabitliyi təmin etmə qabiliyyətlərinə sahib olduqlarını qeyd edib.

Narişkin 2024-cü ilin dekabrında bəyan etmişdi ki, ABŞ və Avropa daxili konfliktlərin çətin dövrünü yaşayacaq. Bu konfliktlərin yaranması Moskvanın təsiri kimi qiymətləndiriləcək. Onun fikrincə, gələcək çoxqütblü dünya ABŞ və Avropa ölkələrini də əhatə etməlidir, lakin bu, onların digər oyunçularla eyni haqlara sahib olmaları şərti ilə baş tuta bilər.

Narişkinin 10 dekabrda verdiyi açıqlamalarına əsasən, Rusiya xüsusi hərbi əməliyyatların məqsədlərinə çatmaq üzrədir və strateji təşəbbüs bütün cəbhələrdə RF-nin əlindədir. O, Qərbin Ukrayna münasibətlərində uzanan, şiddətləşən konfliktə arxalanaraq Rusiya cəmiyyətini bölmək və "rəngli inqilab" yaratmaq strategiyasına söykəndiyini vurğulayıb.

Narişkinin düşüncəsinə görə, "sonuncu ukraynalıya qədər mübarizə" sona çatdıqda Baltikyanı, Şərqi Avropa və alman oyunçular bu prosesə daxil olacaq. Lakin növbəti eskalasiya sadəcə Qərbin strateji məğlubiyyətini yaxınlaşdıracaq. O, Rusiyada daxili sabitliyi pozmaq cəhdlərinin baş tutmadığını, Rusiya vətəndaşlarının ölkənin Kiyevlə deyil, kollektiv Qərblə mübarizə apardığını anladığını bildirib.

İranda rejim dəyişikliyi?

“Cümhuriyət”-ə açıqlamasında türkiyəli politoloq, Ankara-Moskva ekspert və analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer bildirib ki, Narişkinin İranda mümkün rejim dəyişikliyindən bəhs etməsi ehtimalı var. Onun sözlərinə görə, burada iki alternativ var: İsrailin mərkəz olduğu, ABŞ və İngiltərənin dəstək verəcəyi  hava əməliyyatı:

"Böyük ehtimalla daxildə qarışıqlıq yarandıqdan sonra hava əməliyyatı keçiriləcək. Mən 2025-ci il ərzində İrana qarşı bunu nəzərdə tuturam. Bu isə təbii ki, regional qarşıdurmalara səbəb olacaq.

Bundan başqa, Sakit okean regionunda da gərginlik mövcuddur. Bu da Çinlə bağlıdır. Ancaq 2025-ci ildə Çinlə birbaşa müharibə gözlənilmir. Amma bunun regional təsirləri olacaq. Məsələn, Tayvanda “isti” qarşıdurma baş verə bilər, amma bu, Çin-Amerika müharibəsinə çevrilməyəcək. Ümumi fikrin əksinə olaraq mən düşünürəm ki, Tayvanda baş verən qarşıdurma dünya müharibəsinə çevrilməz. Amma belə bir risk mövcuddur. Narişkin ehtimal ki, bunu nəzərdə tutur, çünki Ukraynada sülh danışıqları müəyyən bir mərhələyə çatıb”.

Yaxın 60 gün ərzində…

Ekspert hesab edir ki, Trampın mövqeyi məlumdur, yəni qarşıdurmanın dondurulması prosesi gedir:

"Sülh müqaviləsi deyil, müddətsiz  atəşkəs müqaviləsi imzalanacaq. Koreya modeli və ya bizim Şimali Kipr modeli kimi. Bunabənzər bir iş aparılır. Məncə, bu da yaxın 60 gün ərzində imzalanar. Beləliklə, Ukrayna böhranı bitərkən qarşımızda yeni bir böhran var. Burada İran mövzusu var. Bunun regional təsirləri var, yəni Yəməndən Azərbaycanadək dolaylı təsirləri olacaq.

Böyük ehtimalla Qafqazda Gürcüstanla bağlı da bir gözlənti ola bilər. Bu mövzuda bir çox ölkənin mövqeyi var. Yəni hökumət əleyhinə nümayişlər hər nə qədər sakitləşsə də, bu mövzunun bitdiyini demək olmaz. Hələ də ciddi və dərin siyasi böhran var. Bu mövzunu da diqqətdən kənarda saxlamaq olmaz, çünki hələ bağlanmayıb. Hazırda Rusiya və ABŞ arasında birbaşa gərginlik yoxdur. 

Ukraynadakı mövzuya gəldikdə isə hazırda Ukraynanı dəstəkləyən faktiki olaraq yalnız İngiltərə qalıb. O da uzun müddətdir dəstəyini davam etdirir”.

Seçilən
25
cebheinfo.az

1Mənbələr