AZ

Səhhətinə görə istefa verdi

Özbəkistan yığmasında baş məşqçi problemi yaranıb.

Milli komandanın baş məşqçisi Sreçko Katanets istefa verib.

Yerli futbol federasiyasının mətbuat xidmətinin məlumatına görə, sloveniyalı mütəxəssis səhhətindəki problemə görə öz istəyi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, 61 yaşlı Katanets səhhəti ilə bağlı komandanın bir neçə oyununu buraxıb. Onun xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı xəbərlər yayılıb.

Əvvəllər Sloveniya, Şimali Makedoniya və İraqın əsas komandasına da başçılıq edən Katanets 2021-ci ildən çalışdırdığı Özbəkistan yığması tarixinin ən uğurlu məşqçisidi. Komanda onun rəhbərliyi altında 21 rəsmi oyun keçirib və yalnız iki matçda uduzub.

Seçilən
15
football-plus.az

1Mənbələr