Fevralın 17-dən 21-dək Abu Dabidə (BƏƏ) keçiriləcək IDEX-2025 beynəlxalq konfrans və silah sərgisində “Kalaşnikov” konserni idarə olunan “Kub-SM” (SM - supermanevr edə bilən) sursatları olan yeni kəşfiyyat və zərbə sistemini təqdim edəcək.
Herbiand.az bu barədə konsernin mətbuat xidmətinə istinadən məlumat verir.
Kompleksə həm nəqliyyat və buraxılış konteynerlərindəki idarə olunan döyüş sursatları, həm də pilotsuz uçuş aparatı əsasında kəşfiyyat təkrarlayıcısı daxildir. Hər iki növ təyyarə növbə ilə zirehli döyüş maşınında yerləşən işəsalma qurğusundan buraxılır.
Zirehli döyüş avtomobili döyüş heyəti üçün yaşayış yeri, sursat dəstinin hazırlanması və istifadəsi üçün ləvazimatlar, habelə onların yürüşdə, atəş mövqeyinə və geriyə hərəkətini təmin edir.
“Kub-SM” kompleksi günün istənilən vaxtında, sadə və çətin meteoroloji şəraitdə, küləyin sürəti 15 m/s-ə qədər olan küləklərdə supermanevrli idarə olunan sursatların döyüş istifadəsini təmin edir.
Bəxtiyar CƏFƏRLİ