AZ

İsrafil Məmmədov: "Çin yuanına yatırımlar 1,6 milyard dollara çatdırılıb"

2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çin yuanına yatırımlarını 1,6 milyard ABŞ dollarına çatdırıb.

Bunu "Report"a müsahibəsində Fondun icraçı direktoru İsrafil Məmmədov bildirib.

"ARDNF qlobal maliyyə bazarlarındakı meylləri yaxından izləməklə daim öz portfelini nəzərdən keçirir, zərurət olduqca müvafiq dəyişikliklər edir. Bu il də portfelin valyutalar üzrə bölgüsündə ötən il olduğu kimi ABŞ dolları, ingilis funt sterlinqi və avro kimi əsas ehtiyat valyutaları əhəmiyyətli üstünlük təşkil edəcək. Bununla yanaşı, digər valyutalar üzrə diversifikasiya imkanlarının artırılması da diqqətdə saxlanılır.

ARDNF-nin investisiya portfelində Çinə investisiyaların artırılması ilə bağlı bildirmək istərdim ki, son dövrlərdə qlobal maliyyə bazarlarında qlobal investorların öz portfellərində Çinə investisiyaları artırdığı müşahidə edilir. Cərəyan edən hadisələr fonunda ötən il Fondun investisiya portfelinin şaxələndirilməsi çərçivəsində Çin yuanına yatırımlara da xüsusi önəm verilib. 2024-cü ilin əvvəlinə Çin yuanında investisiyalar 550 milyon ABŞ dolları təşkil edirdisə, il ərzində bu istiqamətdə yatırımların məbləği 1 milyard ABŞ dolları artırılaraq 1,6 milyard ABŞ dollarına çatdırılıb. Ötən ilin sonuna ARDNF-nin investisiya portfelində Çin yatırımlarının ümumi çəkisi 3 %-i ötüb", - deyə o qeyd edib.

İ.Məmmədovla geniş müsahibəni buradan oxuya bilərsiniz.

Seçilən
19
1
report.az

2Mənbələr