2026-cı ildə ABŞ-da varlılar üçün dəbdəbəli bunker açılacaq.
Hafta.az xəbər verir ki, “Daily Mail” nəşrinin SAFE” (Strategically Armored & Fortified Environments) adlı Amerika şirkətinə istinadla yaydığı məlumata görə, “Qiyamət” bunkeri mərmər döşəmələr, üzgüçülük hovuzları, süni intellektlə işləyən tibbi xidmət, dəbdəbəli otaqlar, restoranlar, terapiya otaqları ilə "müdafiə və dəbdəbənin" mükəmməl birləşməsinə çevriləcək.
Yeraltı şəhərcikdə bütün xidmətlər tam robotlaşdırılmış olacaq.
Qlobal fəlakət baş verərsə, dünyanın ən zəngin 625 adamı üçün Virciniya ştatında tikiləcək bunker 300 milyon dollara başa gələcək.
İlkin məlumatlara görə, bunker 2026-cı ildə, ABŞ paytaxtına yaxın ərazidə tikiləcək. Tikiliyə "Aerie" ("Qartal yuvası") adı verilib. Bunkerdə yaşamaq üçün hər bir müştəridən 20 milyon dollar tələb olunacaq.