AZ

KTMT-nin Ermənistana MÜNASİBƏTİ

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Xarici Kəşfiyyat Xidmətinin (SVR) bəyanatına baxmayaraq, ölkəni özünün müttəfiqi hesab edir. 

News24.az xəbər verir ki, bu barədə TASS-a qurumdakı mənbə məlumat verib.

"Təşkilatın katibliyi Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin bu bəyanatından xəbərdardır, lakin biz hələ də Ermənistanı müttəfiq hesab edirik və İrəvanla qarşılıqlı əlaqəni davam etdiririk", - agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, Ermənistanın Xarici Kəşfiyyat Xidməti (XKX) İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünün dondurulması prosesinin dayandırlması üçün əsasolmadığını vurğulayıb.

Həmçinin, Ermənistan Nazirlər Kabineti Avropa İttifaqına qoşulma prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib.


Məryəm İlhamqızı

Seçilən
1
news24.az

1Mənbələr