Müdafiə Nazirliyi 4 tenderə yekun vurub.
Portaldan gizlədilən icarə tenderinin qalibi - MƏLUM OLDU
FED.az xəbər verir ki, nazirlik tenderlərin qalibləri ilə toplamda 3,487,766.71 AZN dəyərində müqavilələr imzalayıb.
Tenderlərdə 3 şirkət və 1 fiziki şəxs qalib seçilib.
Daha detallı aşağıdakı cədvəldə :
№ | Satınalma predmeti | Qalib şirkət | VÖEN | Məbləğ |
1 | Azərbaycan Ordusunun hərbi hissələri üçün rabitə vasitələrinin və əlaqədar avadanlıqların satın alınması. | "B2B GROUP" MMC | 1005873041 | 1.898.940,96 AZN |
2 | Azərbaycan Ordusunun hərbi hissələri üçün dəftərxana mallarının satın alınması (Lot 3) | "VNM İnvest" MMC | 1008061411 | 959.420,83 AZN |
3 | Azərbaycan Ordusunun hərbi hissələri üçün camaşırxana avadanlıqlarının ehtiyat hissələrinin quraşdırılması ilə birlikdə satın alınması | Vüqar Əlizamin oğlu Əliyev | 1201785772 | 155.174,72 AZN |
4 | Azərbaycan Ordusunun hərbi hissələri üçün camaşırxana avadanlıqlarının quraşdırılması ilə birlikdə satın alınması. | "Rinoks" MMC | 1604823431 | 474.230,2 AZN |