AZ

“Rusiya Yaxın Şərqi tərk etməyib” - Sergey Narışkin

“Rusiya Yaxın Şərqdə son dərəcə təsirli oyunçu olaraq qalır, ərəb dünyası ölkələri və Türkiyə də bunu başa düşür”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Rusiya Yaxın Şərqdə çox nüfuzlu oyunçudur və ona görə də Rusiyanın Yaxın Şərqdə mövqeyini itirməsi fikri doğru deyil”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Rusiyanın Yaxın Şərqi tərk etmədiyini bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr