AZ

Rusiya sərhədçiləri Ermənistan sərhədlərini TƏRK EDİR

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmətini dayandıra bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib. 

“Bildiyiniz kimi, Ermənistanın sərhədlərinə nəzarət həmişə üçüncü ölkə tərəfindən həyata keçirilib. Öz sərhədimizə özümüz nəzarət etməyi bacarmalıyıq” - Ovannisyan qeyd edib. 

Onun sözlərinə görə, Amerika tərəfinin köməyi Ermənistan tərəfinin sərhəd nəzarətini təmin etmək imkanlarının artırılmasına yönəlib. Bu yardımın Rusiya sərhədçilərinin çıxarılmasına yönəlməsi ilə bağlı suala Ermənistan XİN rəhbərinin müavini müsbət cavab verib. 

Bizim.Media

Seçilən
13
7
bizim.media

8Mənbələr