AZ

“Yaşın nə fərqi var ki…” –Nazir yaradıcı birliklərə sədrlikdən danışdı

“Yaşın nə fərqi var ki…”  – Nazir yaradıcı birliklərə sədrlikdən danışdı

Yaradıcı birliklərə sədrlik məsələsində yaş amili məhdudiyyət yaratmamalıdır”.

AzPost bildirir ki, bunu APA-ya açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, Mədəniyyət Nazirliyi üçün yaradıcı insanlarla ünsiyyətin qurulması vacibdir, lakin sədr seçkisi və yaş amili məsələsi hər bir yaradıcı birliyin daxili işidir: “Yaradıcı ittifaqlarda sənət və təcrübə çox önəmlidir. Buna görə yaradıcı ittifaqlarda yaş məsələsi meyar kimi götürülməməlidir. Yaşın nə fərqi var ki? həmin qurumlarda təmsil edilən yaradıcı insanlar seçimlərini müstəqil şəkildə edirlər”.

Nazir qeyd edib ki, həmin yaradıcı təşkilatlar Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük rol oynayır: “Biz dövlət olaraq onların bu gücündən istifadə edirik və bundan sonra da istifadə edəcəyik”.

Adil Kərimli dövlətin də yaradıcı təşkilatlara daim dəstək verdiyini vurğulayıb.

Xatırladaq ki, Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib. Qurultayda mədəniyyət naziri Adil Kərimli də iştirak edib.

Nazir çıxışında qurultay iştirakçılarına tövsiyələrini bildirib, ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir sıra məruzələr dinlənilib.

Daha sonra sədr seçkisi olub. Səsvermə nəticəsində Xalq artisti Firəngiz Əlizadə yenidən ittifaqın sədri seçilib.

Qeyd edək ki, 75 yaşlı bəstəkar 2007-ci ildən Bəstəkarlar İttifaqına rəhbərlik edir.

Xatırladaq ki, Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda ifaçılar tərəfindən səsləndirilir. Onun musiqiləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenada şöhrət qazanıb.

Seçilən
6
6
azpost.info

8Mənbələr