“Gömrük və sərhəd nəzarəti qrupunun ABŞ-dən Ermənistana gəlişi İran və ya digər ölkə ilə hər hansı xüsusi həssas aspektlərlə deyil, Ermənistan sərhəd nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır”.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.
O bildirib ki, Ermənistan tərəfi İranla bu mövzuda müzakirə aparıb və heç bir narahatlıq ifadə olunmayıb.
“İran tərəfi bu məsələ ilə bağlı bizimlə razılığa gəlib və Tehranla münasibətlərimiz yüksək səviyyədədir”, - deyə Hovhannisyan vurğulayıb.
Daşqın HəsənovMissiya.Az