Havanın kəskin şəkildə çirklənməsi səbəbindən Banqkok meriyası 31 dairədə 352 məktəbin bağlanması barədə qərar qəbul edib.
Hafta.az xəbər verir ki, “Bangkok Post” qəzetinin məlumatına görə, Tailand paytaxtının 50 rayonundan 48-də sağlamlıq üçün “qırmızı” təhlükə səviyyəsi elan olunub. Yerli hakimiyyət orqanları vətəndaşları şəxsi nəqliyyatdan istifadə etməməyə və mümkün olduğu qədər evdən işləməyə çağırıb.
Eyni zamanda, ölkənin Nəqliyyat Nazirliyi yanvarın 24-də şəhərdəki ictimai nəqliyyatın bir həftə pulsuz işləyəcəyini elan edib.
Qeyd edək ki, Tailandda hava çirkliliyi mövsümi olaraq tarlaları təmizləmək üçün yandırılan sahələrin tüstüsünün soyuq və durğun qış havası ilə qarışması səbəbindən baş verir.
İsveçrənin “IQAir” kompaniyasının son məlumatlarına görə, Banqkok havanın çirkliliyi səviyyəsinə görə dünyada dördüncü yeri tutur.