AZ

Həcc ziyarətinin qiyməti niyə artıb? – SƏBƏBİ AÇIQLANDI

“Həcc Ziyarətinin qiymətlərini  artması ilə bağlı qərar müəyyən təbəqələrdə narazılıq yaradır. Bu proses təkcə bizim ölkənin qurumu tərərfindən tənzimlənmir”.  

Bu fikirləri  “Yeni Azərbaycan” a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. Onun sözlərinə görə bu, eyni zamanda Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi  tərəfindən tənzimlənir: “Burada çatışmayan cəhət ondan ibarətdir ki, alternativ yollar yoxdur. Hesab edirəm ki, həcc məsəsləsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nəzdində fəaliyət göstərən bir qurum həyata keçirsə daha şəffaf və daha aydın ola bilər”.

T.İrfan son olaraq onu da bildirib  ki, həcc ziyarəti ilə bağlı  əvvəlki səfərlərin qiyməti ilə yeni təyin olunan qiymət  fərqi elə də böyük deyil.

Havar Şəfiyeva

Seçilən
37
yeniazerbaycan.com

1Mənbələr