Rusiyada 16 yaşlı Krasnoqorsk sakini olan məktəbli qız təsadüfən diş fırçasını udub.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, o, qarnının yuxarı hissəsində ürəkbulanma və ağrılardan şikayətlənib.
Həkimləri xəstəni müayinə edib və onun mədəsində diş fırçası aşkar ediblər. Qız onu təsadüfən udduğunu bildirib.
Həkimlər fırçanı xüsusi endoskopik alətlə çıxarıblar. Yarım saat davam edən əməliyyat uğurla keçib. Hazırda yeniyetmə ambulator müşahidə üçün evə buraxılıb.