"Roma" klubu yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Roma" "Atalanta"nın qapıçısı Pyerluici Qollininin keçidini rəsmiləşdirib.
29 yaşlı qapıçı ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Qollini cari mövsümün ilk yarısını icarə əsasında A Seriyasının digər klubu "Cenoa"da keçirib və meydana çıxdığı 7 matçda 15 qol buraxıb.