AZ

Ötən il qanunsuz dövriyədən çıxarılan narkotik vasitənin həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ildə qanunsuz dövriyyədən 4 ton 714 kiloqram narkotikvasitə götürülüb.

Trend xəbər verir ki, bunu daxili işlər nazirigeneral-polkovnik Vilayət Eyvazov bu gün Nazirliyin Kollegiyaiclasında deyib.

Narkotiklərlə mübarizənin də vəziyyətinə toxunan nazir V.Eyvazovbildirib ki, qanunsuz dövriyyədən 2023-cü il ilə müqayisədə 250kiloqram çox - 4 ton 714 kiloqram, narkotik vasitə götürülüb, 283kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsininqarşısı alınıb, onlayn satışla bağlı 466 fakt üzrə 2 ton 51kiloqram müvafiq vasitə aşkarlanıb və narkotiklərlə əlaqəlicinayətlərə görə 108 cinayətkar qrup zərərsizləşdirilib.

Bu istiqamətdə əldə olunmuş müsbət nəticələri yüksəkqiymətləndirən nazir müvafiq fəaliyyətin qətiyyətlə davametdirilməsini tapşıraraq diqqəti qarşıda duran vəzifələrə çəkib,həmin cinayətlərlə mübarizədə vətəndaşların iştirakını, məlumatlarıəsasında uğurlu nəticələri olan bir çox əməliyyatlarınkeçirildiyini, müşahidə olunan müsbət təmayüllərin məhz günbəgünmöhkəmlənən polis-vətəndaş münasibətlərinin təzahürü olduğunu,Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə,sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosialşəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloqerlərdən dahaböyük gözləntilərinin olduğunu qeyd edib.

Seçilən
25
3
az.trend.az

5Mənbələr