AZ

FTX Rusiya hərbçilərinin oğurlanması ilə məşğul olan dəstəni saxlayıb

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Rostov vilayətində rusiyalı hərbçilərin oğurlanması və quldurluğu ilə məşğul olan dəstəni yaxalayıblar.

Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi FTX-nin regional ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, mütəşəkkil cinayətkar qrupun bir neçə üzvü saxlanılıb. Onlar azyaşlı qızlardan istifadə ediblər. Belə ki, həmin qızlar internet vasitəsilə xüsusi hərbi əməliyyatın (Rusiya-Ukrayna müharibəsi – red.) iştirakçıları ilə tanış olaraq intim münasibətlər təklif edirdilər. Cinayətkar qrupun üzvləri daha sonra özlərini polis işçisi kimi təqdim edərək hərbçiləri qaçırırdılar. Onlardan azyaşlılarla münasibətlərinə görə cinayət məsuliyyətinə cəlb olunmamaq müqabilində pul alıblar. Mütəşəkkil cinayətkar dəstənin üzvləri üç milyon rubla yaxın pul tələb edib və zorakılıqla hədələyiblər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
herbiand.az

1Mənbələr