AZ

"Onun gözləri həmişə parıldayır” - "Turan Tovuz"un qapıçısı

“Turan Tovuz” klubunun qapıçısı İvan Konovalov Rusiyanın “Match TV” telekanalına müsahibəsində Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesovla bağlı danışıb.

Fanat.Az xəbər verir ki, rusiyalı qolkiper həmyerlisini güclü motivator adlandırıb:

“Mənə görə o, güclü məşqçi və çox əla motivatordur. Onun paltardəyişmə otağında futbolçulara ümumi nəzər yetirməsi kifayət edirdi ki, meydana çıxıb qazonu parçalayasan. Elə həmin mövsümdən sonra o, Moskva “Dinamo”sunun məşqçisi oldu. Yüksəliş üçün getdi, səviyyəsini sübut etdi. Əsas komanda ilə çox vaxt keçirməsəm də, gördüm ki, Çerçesovun gözləri həmişə parıldayır”.

Xatırladaq ki, Konovalov 2013-2014-cü illərdə Qazaxıstan millisinin hazırkı məşqçisi Perm şəhərinin “Amkar” klubunda Çerçesovun rəhbərliyi altında çıxış edib.

Seçilən
0
fanat.az

1Mənbələr