AZ

"Gürcüstana qarşı sanksiyalar şantaj aləti kimi istifadə olunurdu” - Kobaxidze

"Gürcüstana qarşı sanksiyalar şantaj aləti kimi istifadə olunurdu. Burada maraq yalnız ölkənin müharibəyə cəlb olunması idi".

Missiya.Az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu şantaj heç bir halda effektli ola bilməz:

"Bizim üçün bu məsələ o qədər də maraqlı deyil. Sanksiyalar ölkəyə qarşı şantaj aləti kimi istifadə olunurdu. Maraq yalnız bir idi - ölkənin müharibəyə cəlb olunması. Lakin heç bir halda bizim tərəfimizdən ölkənin məhv olmasını nəzərdə tutan bir addım atılmasına icazə verilməyəcək. Buna görə də, bu şantaj heç bir halda effektli ola bilməz", - deyə Kobaxidze qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr