AZ

İran Azərbaycanla münasibətləri yaxşılaşdırmağa can atır - İsrail mətbuatı

Tehran dəmir yolu və avtomobil yollarını yaxşılaşdırmaq istəyir ki, bu da İran Prezidenti Məsud Pezeşkianın İran və Azərbaycan arasında enerji və nəqliyyat əlaqələrini yaxşılaşdırmaq istəyinə uyğundur.

Missiya.Az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Tehran indi kursunu dəyişib və açıq şəkildə Bakı ilə əlaqələrin yaxşılaşdırılmasına can atır:

“Bu, çox güman ki, Hizbullah və Suriyanın devrilmiş Prezidenti Bəşər Əsəd rejimi kimi güclü müttəfiqlərini itirdikdən sonra İranın bölgə ölkələri ilə diplomatik əlaqələrini gücləndirmək ehtiyacı ilə əlaqələndirilir”, - deyə vurğulanıb.

Daşqın HəsənovMissiyaAz

Seçilən
5
missiya.az

1Mənbələr