AZ

Bu ölkədə məktəblər kütləvi şəkildə bağlanır

Bakı.Trend

Taylandın paytaxtı Banqkokda havanın kəskin çirklənməsi iləəlaqədar şəhər meriyasının sərəncamı ilə 31 rayonda yerləşən 352məktəb bağlanıb.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, şəhərin 50 rayonundan 48-dəsağlamlıq üçün təhlükəli şəraiti bildirən “qırmızı” xəbərdarlıqelan edilib.

Məlumata görə, yerli hökumət şəhər sakinlərini zərurət olmadıqcaevdən çölə çıxmamağa, onlayn rejimdə işləyəmə çağırıb. Sakinlərişəxsi avtomobillərdən az istifadəyə təşviq etmək üçün Banqkokda birhəftə ərzində ictimai nəqliyyatın pulsuz olacağı deyilir.

Qeyd edilir ki, Taylandda havanın çirklənməsi mövsümi xarakterdaşıyır. Qışın soyuq, durğun havası tarlaların yandırılmasındanqalxan tüstü və nəqliyyat vasitələrinin tullantı qazları iləqarışaraq, havanın kəskin çirklənməsinə səbəb olur.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr