Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənov vəzifəsindən azad edilib.
News24.az "Unikal"a istinadla bildirir ki, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.
Hələlik Vilayət Həsənovun yerinə təyinat yoxdur.
Qeyd edək ki, o, 2023-cü ildə bu vəzifəyə təyinat almışdı.