AZ

Zirzəmisində insan skeletləri tapılan məscidlə bağlı RƏSMİ AÇIQLAMA

Mədəniyyət Nazirliyi Əmircan qəsəbəsində yerləşən Nizaməddin məscidi ilə bağlı açıqlama verib.

Day.Az xəbər verir ki, Nazirliyin yanında fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ diqqətdə saxlanılır:

"Qurumun səlahiyyətləri çərçivəsində araşdırılması istiqamətində tədbirlər görüləcəkdir".

Qeyd edək ki, Lent.az adıçəkilən məsciddən reportaj hazırlayıb.

Reportajda məscidin zirzəmisində olan insan skeletləri xüsusi diqqət çəkib.

Seçilən
21
4
day.az

5Mənbələr