Yanvarın 24-də Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfərə gedib.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Azərbaycan nümayəndə heyəti Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
Görüş zamanı iki ölkənin regional təhlükəsizliyə verdiyi töhfələr və bunun mümkün inkişaf perspektivləri müzakirə edilib.