AZ

MÜSİAD Azərbaycan və Rabitəbank İslam Bankçılığı istiqamətində əməkdaşlıq memorandumu imzalayıb (FOTO)

Bakı. Trend:

MÜSİAD Azərbaycan və Rabitəbank rəhbərliyi birgə əməkdaşlıqçərçivəsində memorandum (MOU) imzalayıb.

TrendTurkicWorld-əistinadən xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycanın sədri RəşadCabirli və idarə heyəti, MÜSİAD Azərbaycanın üzvləri, Rabitəbankınrəhbərliyi, o cümlədən, Müşahidə Şurasının sədri Zakir Nuriyev vəİdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin iştirak edib.

Tədbirin açılışında MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli,Rabitəbankla olan əməkdaşlığın genişləndirilməsi niyyətinivurğulayaraq, gələcəkdə daha çox əməkdaşlıqlara birgə imzaatacaqlarına inandıqlarını qeyd edib.

Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev çıxışızamanı İslam bankçılığı fəaliyyəti və inkişafından danışaraq,xarici investisiyaların cəlb olunması ilə bağlı ölkədəsahibkarlığın inkişafının artırılmasına diqqət çəkib. O, “İslamBankçılığı üzrə xarici investisiyaların cəlb olunması,sahibkarlığın inkişafının artırılması ehtiyaclarını qarşılamaq çoxvacibdir,” - deyə bildirib.

Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekinçıxışı zamanı , Rabitəbankın 32 ildən çoxdur müştərilərinə genişçeşiddə maliyyə xidmətləri təqdim etdiyini bildirib. O, qeyd edibki, bu gün ölkədə ilk dəfə olaraq qlobal miqyasda geniş yayılanİslam Bankçılığının təməlləri qoyulub. Bu prosesdə İslam İnkişafBankı (IDB) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası(ITFC) kimi qurumlardan lazım olan rəsmi icazələr alınıb. Bank bumaliyyə alətlərini müştərilərinə təqdim etməyə davam edəcək.

Tədbirin əsas məqsədi İslam Bankçılığının Azərbaycanın maliyyəsektorunda tətbiqinin genişləndirilməsi, MÜSİAD Azərbaycanınüzvlərinin maliyyə imkanlarını artırmaq və İslam maliyyəsininölkədən kənarda daha geniş əhatə olunmasına təkan vermək olub.

İslam Bankçılığının Azərbaycanda inkişafı, sahibkarların yenimaliyyə həllərinə çıxışı, Rabitəbankın hədəfləri və işlərə şəffafyanaşması geniş işıqlandırılan tədbirin yekununda bütüniştirakçılara təşəkkür edilib

MÜSİAD
MÜSİAD
MÜSİAD
MÜSİAD
MÜSİAD
Məqalədə:
Seçilən
37
az.trend.az

1Mənbələr