Yer kürəsində orta illik temperatur artımının 1,5°C-i keçməsi Paris razılaşmasının iflasa uğraması demək deyil. Bu barədə RİA Novosti-yə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) rəhbəri Selest Saulo məlumat verib.
“Bu o demək deyil ki, biz Paris Sazişinin qlobal orta səth temperaturunun uzunmüddətli artımını sənayedən əvvəlki səviyyədən 2°C-dən xeyli aşağı saxlamaq məqsədinə nail ola bilməmişik”, - alim izah edib.
Eyni zamanda, klimatoloq iqlim dəyişikliyinin artıq genişmiqyaslı kataklizmlərlə nəticələndiyini diqqətə çatdırıb. Buna misal olaraq ABŞ-da həddindən artıq istilər, meşə yanğınları və Helena və Milton qasırğalarını göstərmək olar.
Bundan əvvəl ekoloq milyonlarla insanın tezliklə iqlim qaçqınlarına çevrilə biləcəyini demişdi.
Oxuməni.az