“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala “Barselona”ya keçməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, onun transfer dəyəri 100 milyon avro qiymətləndirilir. Kataloniya klubu bu məbləği ödəyə bilmir. Bu səbəbdən transfer baş tutmayacaq.
Musialanın Münhen klubu ilə 2026-cı ilin ortalarına qədər müqavilə öhdəlikləri var. Onun bazar dəyəri 140 milyon avro qiymətləndirilir.
21 yaşlı futbolçu cari Bundesliqa mövsümündə 15 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.