Bakı. Trend:
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard Avropaİttifaqında kapital bazarları İttifaqının yaradılması üzrə işləriyekunlaşdırmağa çağırıb.
Trend xəbərverir ki, o, bu barədə çağırışı Davosda keçirilən Dünya İqtisadiForumunun “Qlobal iqtisadi proqnoz” mövzulu panel müzakirələrindəedib.
Laqard Avropa iqtisadiyyatının sabitliyinə dəlalət edən əsasgöstəriciləri diqqətə çatdırıb: borcun ÜDM olan nisbəti təxminən80%, Avrozonanın ümumi kəsri – təxminən 3% təşkil edir, inflasiyaisə 2.4%-ə qədər enib. Uçot dərəcəsi 3% səviyyəsindədir, Avropa isəəhəmiyyətli yığımlara və Avropa isə əhəmiyyətli yığımlara və yüksəkixtisaslı kadrlara malikdir.
“Avropa ekzistensial təhdidlərin həllinə çağıran ciddi siqnalalıb. Avropa liderləri buna effektiv şəkildə reaksiya göstərəbilsə, qitə bu çağırışların öhdəsindən gəlinməsi üçün nəhəngpotensiala malikdir”, - deyə Laqard bildirib
Avropa Mərkəzi Bankının prezidenti Bank ittifaqının və kapitalbazarları ittifaqının yaradılması prosesinin yekunlaşdırılmasının,həmçinin istedadlı kadrların və əmanətlərin Avropadasaxlanılmasının vacibliyi vurğulayıb.
Bundan başqa, Laqard bir sıra şirkət rəhbərlərinin vəbiznes-icma liderlərinin mövcud investisiya mühiti ilə bağlınarahatlıq ifadə etməsi faktını təsdiq edib.
“Onlar enerji qiymətlərinin yüksək olmasını, izafiibürokratiyanı və həddən artıq nizamlanmaları əsas əngəllərdən hesabedirlər. Halbuki enerji qiymətləri düşməkdədir, belə ki, Avropadaenerji istehsalının bərpaolunmayan mənbələrə düşən payı əhəmiyyətlidərəcədə artır. Avrozonada, elektrik enerjisinin ən azı 70 faizibərpaolunmayan mənbələrədən daxil olur.
Laqard həmçinin, ABŞ-də qəbul edilən İnflyasiyanın AzaldılmasıAktının (IRA) təsirlərindən danışaraq, bildirib ki, bu qanun ilkinmərhələdə səxavətli subsidiyalar sayəsində böyük sərmayələrin cəlbolunmasına kömək olub.
Onun sözlərinə görə, IRA çərçivəsində subsidiyaların verilməsiehtimalı azdır ki, bu da Avropanın özünü yenidən qlobal iqtisadilider kimi təsdiq etməsi üçün əlverişli imkan yaradır.
“Şübhə yoxdur ki, Avropadan kənardakı çağırışlar əhəmiyyətlidir,lakin onlar həm də imkanlar yaradır. Avropanın əsas qlobal oyunçukimi qalması tələb olunan istedadı, resursları və ambisiyalarıvar”,-deyə Laqard bildirib.
X: @Lyaman_Zeyn