Türkiyə Avropanın təhlükəsizliyində mərkəzi rol oynayır.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Türkiyə Avropa İttifaqının ən önəmli partnyorlarından biridir:
"Türkiyə Aİ-yə üzvlüyə namizəddir, həmçinin NATO-nun vacib üzvüdür. Bizim iqtisadi əməkdaşlığımız həmişəkindən daha güclüdür. Ticarət, innovasiya, eləcə də terrorla mübarizə istiqamətində böyük potensial mövcuddur".