Bakı. Trend:
Prezident İlham Əliyevin Davos Forumu çərçivəsində qarşıtərəflərin müraciətləri əsasında keçirdiyiçoxsaylı görüşlərdə dövrün aktual məsələləri ətrafında genişmüzakirələr aparıldı.
Bu gün 55-ci Dünya İqtisadi Forumu öz işini başa çatdırır.Yanvarın 20-dən “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında işəbaşlayan Forum qlobal çağırışları müzakirə edib ortaq mövqeyinortaya qoyulması, səylərin birləşdirilməsi üçün 350 hökumətnümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dançox ölkəni bir araya gətirdi. Ümumilikdə Davos İqtisadi Forumununiqtisadi xarakter daşıdığını nəzərə alsaq bu mötəbər beynəlxalqtədbirin hər bir ölkənin iqtisadi imkanlarının təqdimatında, dövrünçağırışlarına cavab tapılmasında bu platformanın müstəsna əhəmiyyətkəsb etdiyini görərik. Azərbaycan 55-ci Davos İqtisadi Forumunda danövbəti dəfə dünyanın diqqətində oldu. Dövlət başçısı İlhamƏliyevin Forumun ilk günündə CGTN (China Global Television Network)telekanalına müsahibəsi, qarşı tərəflərin müraciətləri əsasındakeçirdiyi çoxsaylı görüşlər də bütün bunların bariz nümunəsidir.Prezident İlham Əliyev qarşı tərəflərin müraciətləri əsasındakeçirdiyi hər bir görüşdə Azərbaycan həqiqətlərindən, ölkəmiziniştirakçısı və təşəbbüsçüsü olduğu qlobal enerji və nəqliyyatlayihələrindən geniş bəhs edərək dünyanın enerji təhlükəsizliyinintəminatında ölkəmizin artan rolunu əsaslı şəkildə diqqətəçatdırdı.
Forum çərçivəsində “COP30-a gedən yol” mövzusunda panelmüzakirələrin aparılması da səbəbsiz deyildi. Dünyaya səs salan,eyni zamanda, ötən ilin noyabr ayında Azərbaycanı iki həftədünyanın ekoloji mərkəzinə çevirən COP29 iqlim konfrasınınnəticələri bu gün də müzakirə edilməkdə, bu debatlar zamanı uğurlunəticələrin əldə edilməsində Azərbaycanın liderliyi önəçəkilməkdədir. Bakı nailiyyəti iqlim diplomatiyasında dönüş nöqtəsioldu. Şübhəsiz, Bakı iqlim konfransında əldə olunan uğurlunəticələr bundan sonra COP tədbirləri üçün stimul olacaq. Panelmüzakirələrdə Azərbaycanın malik olduğu enerji resurslarından,onlardan səmərəli istifadə etmək üçün həyata keçirilən və hazırdaicrası davam etdirilən enerji layihələrindən, ölkəmizin Avropa iləAsiya arasında körpü rolunu oynamasından, dünyanın enerjitəhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələrdən geniş bəhsedildi.
Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın 2013-cü ildə Dünyaİqtisadi Forumuna ev sahibliyi etməsi özündə bütün məqamları ehtivaetdi. Bu, ilk növbədə, Azərbaycan-Dünya İqtisadi Forumuəlaqələrinin yüksələn xətlə inkişafını nümayiş etdirdi. Digərtərəfdən isə Azərbaycan dayanıqlı iqtisadi inkişaf modeli ilə daimdünyanın diqqətində olub və son vaxtlar bu istiqamətdə ölkəmizəmaraq daha da artıb. Ölkəmizin iqtisadiyyatını düzgün əsaslarüzərində qurması beynəlxalq maliyyə qurulmlarının, o cümlədən Davosİqtisadi Forumunun hesabatlarında liderliyini qorumasınışərtləndirir. Azərbaycanın yüksək rəqabətqabilyyətli iqtisadiyyatamalik olması sözügedən Forumun hesabatlarında da təqdir edilir.
Vüqar Rəhimzadə qeyd edib ki, Dünya İqtisadi Forumunun təsisçisivə icraçı direktoru Klaus Şvab Forumun 2013-cü ildə Azərbaycandakeçirilməsini belə xarakterizə etmişdi ki, Azərbaycan çox böyükimkanların olduğu bir ölkədir. Azərbaycanda çox böyük iqtisadiartım göstəriciləri qeydə alınır. Bu, ilk növbədə, ölkənin müstəsnatəbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkünolmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkəiqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadəedilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiyatexnologiyaları, maliyyə, tikinti sahələrində də çox qabaqcılölkədir.
Təbii ki, Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərindəqurması yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün idealməkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. İndiyədəkölkə iqtisadiyyatına 310 milyard dollar investisiyanın yatırılmasıuğurlu iqtisadi siyasətimizin nəticəsidir. Bu vəsaitin 200 milyarddolları qeyri-neft sektorunun payına düşür. Prezident İlham Əliyevprezident kimi fəaliyyətə başlayanda 2003-cü ildə ilk dəfə buçağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabınaolmalıdır. Enerji resurslarından asılılıq minimuma endirilməlidir.Bu gün həmin çağırışın artıq reallıqda öz əksini tapdığınıgörürük.
Milli Məclisin deputatı bildirib ki, hər il İsveçrənin Davosşəhərində Dünya İqtisadi Forumunun ənənəvi olaraq keçirilməsindəəsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalqtəşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin,iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalqiqtisadi layihələrin reallaşması yollarını müzakirə etməkdir.İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində,beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu platformadünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli roloynayır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanınyaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edənmünaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcudolduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaşcəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm dəölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsibaxımından mühüm platformadır. Qeyd etdiyimiz kimi, Prezident İlhamƏliyevin Davos Forumu çərçivəsində qarşı tərəflərin müraciətləriəsasında ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıraməşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərində dövrünaktual məsələləri ətrafında geniş müzakirələr aparıldı. Forum həril dövrün çağırışlarına uğyun mövzu ətrafında müzakirələrinaparılmasına imkanlar yaradır. Ötən il “Etibarın bərpası”na çağırışedən Davos İqtisadi Forumu bu il “Ağıllı əsr üçün əməkdaşlıq”imkanlarından maksimum istifadə edərək səylərin birləşdirilməsinibir tələb kimi qarşıya qoydu. Təbii ki, birgə səyləringöstərilməsi, təcrübə mübadiləsinin aparılması ilə istənilən hədəfəyüksək səviyyədə nail olmaq mümkündür.
Vüqar Rəhimzadə qeyd edib ki, hər il ənənəvi keçirilən Dünyaİqtisadi Forumu hesabat xarakteri daşıyır. Ötən bir ildə iştirakçıölkələrin iqtisadi, siyasi həyatında hansı yeniliklərin baş verdiyitəhlil edilir və hədəflər müəyyənləşdirilir. Forumun mövzusu həminhədəflər üçün yol xəritəsidir. Azərbaycan hər zaman əməkdaşlığıntərəfdarıdır. Bu əməkdaşlıq qarşılıqlı hörmətə və etimadaəsaslandıqda daha uzunömürlü olur.