AZ

Səudiyyə Ərəbistanı Netanyahuya ultimatum verib

Səudiyyə Ərəbistanı İsrailin tarixi sülh razılaşması əldə etməsi üçün şərtlər qoyub. 

Analitiklərin fikrincə, bu şərtlər seçim qarşısında qalan Netanyahu üçün bir növ ultimatum olub. Səudiyyə Ərəbistanının tələblərini yerinə yetirmək koalisiyası daxilində müqavimət göstərmək və ya baş nazirliyinin ən böyük diplomatik nailiyyəti şansını itirməkdən imtina etməyə səbəb olacaq.

Məlumdur ki, Səudiyyə Ərəbistanı Livanı özünün təsir zonasına çevirməyə, eləcə də Qəzza zolağında vəziyyətin sabitləşdirilməsində maraqlıdır. Buna nail olmaq üçün səudiyyəlilər təkcə Livandan çəkilməni deyil, həm də Qəzza zolağında HƏMAS ilə yekun atəşkəsi tələb edirlər. 

Danışıqlarda fəal iştirak edən ABŞ Prezidenti Donald Tramp da İsrail rəhbərliyinə təzyiq edir. İsrail və Səudiyyə Ərəbistanı arasında sülh sazişi onun geosiyasi ambisiyalarının bir hissəsidir.

“Cebheinfo.az”

Seçilən
7
cebheinfo.az

1Mənbələr