AZ

Qara dənizdə batan tankerin mexaniki qəzanın təfərrüatlarını açıqlayıb - ÖZƏL

Kerç boğazında qəzaya uğrayan "Volqoneft-212" tankeri on dəqiqə ərzində iki hissəyə bölünüb. 

Olaylar.az xəbər verir ki, bu barədə RBC Perm-ə gəminin baş mexaniki Aleksey Tatarinov məlumat verib.

Onun sözlərinə görə, fövqəladə hadisə proqnoza uyğun gəlməyən hava şəraitinin kəskin pisləşməsi səbəbindən baş verib. O, həmçinin hesab edir ki, boşaltma sahəsinə giriş düzgün təşkil olunmayıb, üstəlik, gəminin Azov dənizində fırtınadan gizlənməsi qeyri-mümkün olub.

Tatarinov qeyd edib ki, ekipaj fövqəladə vəziyyət zamanı təlimata uyğun hərəkət edib və səhvə yol verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr