AZ

Yaşıllıqlara vurulmuş ziyana görə cərimələr dəyişdirilib

Cərimə kəsilən ağacın faktiki dəyəri ilə müəyyən ediləcək.

"Son zamanlar yaşıllıqların qorunması üçün bizim qanunvericiliyimizdə ciddi tədbirlər görülmüşdür. Əfsus ki, yaşıllıqların qanunsuz şəkildə kütləvi kəsilməsi halları da mövcuddur. Buna qarşı atılan inzibati tədbirlərdən biri də cəzaların sərtləşdirilməsi olmuşdur".

"Operativ Media" xəbər verir ki, bu sözləri Ekologiya Təbii Sərvətlər Nazirliyi hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova deyib. 

Aynurə Kərimova yeni cərimə metoduna aydınlıq gətirib:

"Hazırda yaşıllıqları qanunsuz olaraq kəsən şəxslərə cərimə daha ədalətli yanaşma ilə tətbiq olunur. Bu yanaşmada ziyanın məbləği daimi olaraq müəyyənləşdirilir. Yəni əvvəllər vətəndaş ağacı kəsərkən müəyyən bir miqdarda cərimə ödəyirdi, amma artıq bundan sonra cərimə kəsilən ağacın faktiki dəyəri ilə müəyyən ediləcək. Və misli ilə ödəniləcək. Əlavə olaraq, təbiətə dəymiş ziyana görə mülki qaydada həmin vətəndaşdan kompensasiya alınacaq".

Seçilən
13
operativmedia.az

1Mənbələr