AZ

Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir

Azərbaycan

Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.“Ulusum”.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.Görüşdə qardaş ölkə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə tərəfdaşlığının regional təhlükəsizliyə verdiyi töhfələrdən və bunun mümkün inkişaf perspektivlərindən danışılıb.Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Diqqət Çəkənlər

Bakıda "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimat mərasimi gerçəkləşib

AQTA: İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsullu məhv edilib

Depressiya və ya Birinci Məktubdan Öncə

Seçilən
5
12
ulusum.az

10Mənbələr