Ajans.az xəbər verir ki, qəzadan sonra o, dostunun ölümünə səbəb olub.
Hadisənin dünən axşam saatlarında Bursa İnegöldə bir kafedə başladığı iddia edilib. Dostları ilə oturan 20 yaşlı Murat M. dostu 19 yaşlı Serhat K. ilə mübahisə edib. Yanındakı bıçaqla Serhat K.-ni qarnından yaralayan Murat M. digər dostu Serhat Alkanla birlikdə avtomobillə hadisə yerindən qaçıb.
Tez qaçarkən yolda qəzaya düşüb. Qəzada ağır yaralanan Serhat Alkan dünyasını dəyişib. Bıçaqladığı dostunun vəziyyəti ağırdır. Jandarma qrupları şübhəli Murat M'yi nəzarətə götürüb. Hadisə ilə bağlı istintaq davam edir.