Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında bildirilir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) əsas vəzifələrindən biri olmasına baxmayaraq, Cənubi Qafqazdakı problemlərə müdaxilə edə biləcək durumda deyil.
Qeyd edilir ki, Ermənistanın üzvlüyünü dayandırmasına yol açan səbəblərin 2025-ci ildə dəyişməsi ehtimalı azdır.
“Biz inanırıq ki, bu təşkilatın nüfuzu böyük sual işarəsi olaraq qalacaq və digər üzv dövlətlər üçün “düşüncə mövzusu” olacaq” – deyə hesabatda bildirilir.
TAHİR