AZ

Colani PKK -nı hədələdi

Suriyada yeni administrasiyanın rəhbəri Əhməd əş-Şara (Colani) terror təşkilatı PKK/YPG-yə açıq mesajlar verib.

“Cebheinfo.az”-ın məlumatına görə, Əş-Şara “Türkiyəni təhdid edən qruplaşmalara torpaqlarımızda imkan verməyəcəyik”,-deyib.  

O, xarici terrorçu ünsürlərin Suriyanı tərk etməli olduğunu vurğulayıb. Türkiyə sərhədini qorumaq üçün əllərindən gələni edəcəklərini bildirən Şara Suriyaya verdiyi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə təşəkkür edib.

“Biz xarici silahlı qruplaşmaları istəmirik. Xüsusilə Türkiyəni təhdid edən qrupları qəbul etməyimiz mümkün deyil. İstanbul və Ankaradakı partlayışları PKK/YPG törədib. Biz öz torpağımızda Türkiyə üçün təhlükənin olmasına imkan verə bilmərik. Oradakı ərəb və kürd tayfaları da PKK/PYD-ni istəmir. Biz qan tökülməsini istəmirik. Türkiyə də vəziyyəti yaxından izləyir. Türkiyə sərhədini qorumaq üçün əlimizdən gələni edəcəyik”,-deyə əş-Şara bəyan edib.

Şara Ərdoğanın humanist mövqe nümayiş etdirdiyini ifadə edərək deyib:  “Türkiyə və Ərdoğan bizə qarşı humanist mövqe tutdular ki, buna ehtiyac olmasa da, sadəcə olaraq günahsızların yanında olsunlar. Cənab Ərdoğanın etdiklərini tarix yazacaq. Suriya xalqı hər zaman Türkiyənin yanında olacaq və bu dəstəyi unutmayacaq”.

Şara Prezident Ərdoğanla telefon danışığı olduğunu, onu Suriyaya dəvət etdiyini, yaxın zamanlarda Türkiyə və ya Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırdıqlarını bildirib.

Əhməd Şara suriyalıları ölkələrinə qayıtmağa çağırıb və beynəlxalq ictimaiyyətdən Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməyi tələb edib.

Seçilən
15
36
cebheinfo.az

10Mənbələr