"Yuventus" müqavilə ilə Fransanın "Nitsa" klubuna məxsus olan və hazırda London "Vest-Hem"ində çıxış edən müdafiəçisi Jan-Kler Todibonu heyətinə cəlb etməyə çalışır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport" yayıb.
Nəşrin məlumatına görə, Turin nəhəngi müdafiəçini icarəyə götürmək istəyir, yayda isə onu birdəfəlik rənglərinə bağlamağı planlaşdırır. "Nitsa" isə futbolçusunu almaq hüququ olmadan icarəyə verməyə razıdır.
Qeyd edək ki, "Yuventus" fransalını hələ keçən yayda növbəti mövsüm 25-28 milyon avroya almaq öhdəliyi ilə 7-10 milyon avroya icarəyə götürmək niyyətində idi. Müqavilənin 2029-cu ilə qədər qüvvədə olacağı bildirilsə də, keçid son anda baş tutmamışdı.
Tobido 2021-ci ildən - "Barselona"dan alındıqdan sonra "Nitsa"ya məxsusdur. O, bu mövsüm İngiltərə çempionatında 15 oyun keçirib.
Mirağa