Bakı. Trend:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəfəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili vəKoordinasiya Mərkəzinin (4SİM) dəstəyi ilə SOCAR ilə birgə 2025-ciil üçün Dünya İqtisadi Forumu tərəfindən Azərbaycanın virtualpavilyonun yaradılması nəzərdə tutulur.
Trend xəbər verir ki,Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən(4SİM) Trend-ə verilən məlumata görə, bu barədə 4SİM-in icraçıdirektoru Fariz Cəfərov Dünya İqtisadi Forumu çərçivəsində DİF-in“Qlobal Əməkdaşlıq Kəndi” (Global Collaboration Village)platformasının rəhbəri Çey Huanq ilə görüşündə bildirilib.
Qeyd olunub ki, görüşdə platformanın yeni Artırılmış Reallıqmühiti ilə tanışlıq sessiyası baş tutub. Sessiyada 4Sİ MərkəzlərŞəbəkəsinə üzv olan digər mərkəzlərin rəhbərləri də iştirakediblər.
Görüşdə həmçinin 4SİM ilə platforma arasında icra olunan cariişlər müzakirə olunub.
“Qlobal Əməkdaşlıq Kəndi” virtual reallıq vasitəsilə real dünyaproblemlərini həll etmək üçün liderləri bir araya gətirən, gələcəknəsil texnologiya ilə təchiz edilmiş dünyanın ilk genişləndirilmişreallıq platformasıdır. Layihə “Village Accenture” və “Microsoft”ilə birgə Dünya İqtisadi Forumunun təşəbbüsüdür. 142-dən çox şirkəthazırda bu platforma ilə tərəfdaşlıq edir. Platformanın inkişafındaəsas töhfə verən tərəflərdən biri də İqtisadiyyat Nazirliyinintabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və KoordinasiyaMərkəzidir.