AZ

Türkiyə Müdafiə Sənayesi dünya ordularının marağındadır

Bakı, TurkicWorld

Son illərdə istehsal etdiyi milli müdafiə sənayesi məhsulları ilə Türkiyə həm yerli, həm də qlobal miqyasda uğurlara imza atmaqdadır.

Belə ki, 2024-cü il Türkiyə müdafiə sənayesi üçün "qızıl dövr" kimi yadda qalıb.

Türkiyənin müdafiə sənayesi ötən ildə dünya miqyasında müdafiə ixracatçıları arasında 11-ci yerə yüksələrək, yerli məhsullar bir çox ölkənin müdafiə arsenalında yer almağa başlayıb.

Hazırda KAAN milli döyüş təyyarəsi üçün prototip istehsal davam edir.

ALTAY tankının seriyalı istehsalı planlaşdırılır və mühərriklərin milli imkanlarla istehsalı üzərində iş aparılır.

GÖKBEY helikopteri və HÜRKUŞ təyyarəsi kimi milli hava platformalarının ilk tədarükləri bu il həyata keçiriləcək.

Həmçinin, SELSAN-ın ASELFLIR-500 sistemi, 16 ölkəyə ixrac edilərək beynəlxalq bazarda əhəmiyyətli yer tutub.

2024-cü ildə 1100-dən çox aktiv layihə və 3500-dən çox şirkətin iştirakı ilə Türkiyə NATO layihələrində də rekord sayda iştirak edib. Müdafiə sənayesindəki yerliləşdirmə göstəricisi isə 80%-i keçib.

2025-ci ildə də müdafiə sənayesinin ixracat rəqəmlərinin iki rəqəmli milyard dollarlara çatması hədəflənir.

Əlavə olaraq, Türkiyə Aerokosmik Sənaye A.Ş. (TUSAŞ) tərəfindən peyk rabitəsi sahəsində də mühüm addımlar atılır. Bu il ərzində GÖKTÜRK-2 əvəzedici peykinin sınaq işlərinə başlanacaq, həmçinin MİLKAR və MİLKED layihələri üzrə müqavilələr imzalanacaq.

Qeyd edək ki, Türkiyə istehsalı məhsullar xüsusilə Avropada böyük tələbat görür. Avropa ölkələri əsasən PUA-lar, ağıllı raketlər, quru nəqliyyat vasitələri, hərbi gəmilər və radar sistemləri ilə maraqlanır.

Seçilən
7
turkic.world

1Mənbələr