AZ

“Bu əmri verənlərin adları və rütbələri məlumdur”

Rusiyada AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırma hava gəmisinin “Pantsir S-1” hava hücumundan müdafiə vasitəsi tərəfindən vurulmasını təsdiq edib.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “Caliber” yayıb.

Bildirilib ki, sözügedən hava hücumundan müdafiə vasitəsi Rusiyaya Suriyadan gətirilib.

Həmçinin qeyd olunub ki, Rusiya təhqiqatı Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə sistemlərinin tətbiqini təsdiqləyib. Sözügedən sistemlərin tətbiqi təyyarənin idarəetmə sisteminin sıradan çıxması ilə nəticələnib.

“Rusiyada aparılan istintaq təkcə mülki təyyarəyə atəş açan şəxsi deyil, həm də bu əmri verəni müəyyənləşdirib. Üstəlik, redaksiyamıza artıq bu şəxslərin adları və rütbələri bəllidir, biz bu məlumatı lazım olan vaxtda mütləq oxucularla paylaşacağıq.

Hələ ki biz Kreml rəsmilərinə müraciət edirik: “Əmin olun, faciəyə birbaşa cavabdeh olan şəxslərin adları və rütbələrini artıq bilirik. Əlbəttə ki, siz faktiki olaraq cinayətin ortaqlarına çevrilərək həqiqəti gizlətmək xəttini davam etdirə bilərsiniz. Yaxud da prosesi gecikdirmədən şərəfli iş görüb faciəyə görə məsuliyyəti öz üzərinizə götürə bilərsiniz”, – deyə portalın məlumatında qeyd olunub./Qafqazinfo.az/

Seçilən
1726
4
medianews.az

10Mənbələr