AZ

Rus bölməsi üzrə siniflər bağlana bilər? — Ekspertdən açıqlama

Hazırda ibtidai siniflər üçün rus bölməsi bağlanmasını tələb edən bir çox şəxs var.  Hətta, müğənni  Murad Arif rus bölməsinin bağlanmağının tərəfdarı olduğunu dilə gətirib. 

 Bu zaman-zaman gündəm olan mövzulardandır. Bəs, rus bölməsinin bağlanması mümkündürmü?

Bununla bağlı Demokrat.az-a təhsil eksperti Elmin Nuri açıqlama verib. 

O qeyd edib ki, rus bölməsinin bağlanması, yararlığı və qeyri-yararlığı ilə bağlı söhbətlər ara-sıra mətbuatda gedir:

“Hər bir halda mən düşünmürəm ki, bizdə rus bölməsinin bağlanması inandırıcı olsun. Ölkə üzrə 4532 ümumi təhsil müəssisəsi var. Onlardan 300-ə qədərində təhsil rus və Azərbaycan bölməsi üzrə paralel şəkildə aparılır. Cəmi 17 məktəbdə isə təhsil yalnız rus dilində aparılır. Yəni, göründüyü kimi say o qədər də çox deyil. Rəsmi dövlət dilimiz Azərbaycan dilidir. Ölkəmizdə  qeyri-dillərdə olan məktəblərin sayı çox cuzi təşkil edir. Azərbaycan daim özünün tolerantlığı, demokrat prinsiplərə yanaşması ilə də fərqlənib. Biz istər din, tədris, mədəni məsələləri baxımından çox tolerant ölkəyik. Kənardan baxanda da bu belə də dəyərləndirilir. Şəxsən mən uşaqların Azərbaycan dilində, oxumasının tərəfdarıyam. Bu, mənim subyektiv fikrimdir. Amma elə ailələr var ki, onların  uzun illərdir ünsiyyət dili rus dili olub. Təbii ki, dil də psixoloji faktordur.Və o ailədə uşaq da artıq rus dilində danışır. Bunu biz birdən-birə gətirib Azərbaycan dili bölməsinə sala bilmərik. Məsələn, rus dili bölməsində problem var idi  ki, şagirdlər Azərbaycan ədəbiyyatının mənəvi dəyərlərindən nisbətən az məlumatlıdırlar. Artıq bu da aradan qaldırıldı. Düşünürəm ki, rus bölmələrinin bağlanmasındansa, bu  bölmələrdə maarifləndirmə aparılmalıdır”.  

Leyla Turan
Demokrat.az
Seçilən
12
demokrat.az

1Mənbələr