“Nottinqem Forest” klubu 33 yaşlı Kris Vudla yeni müqavilə imzalayıb. Msport.az xəbər verir ki, anlaşmaya əsasən, yeni zelandiyalı hücumçunun anlaşması 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Vud bu mövsüm bütün turnirlərdə 23 oyunda 14 qol vurub və 2 məhsuldar ötürmə verib.
O, “Nottingem Forest”dən əvvəl “Nyukasl”, “Börnli”, “Lester”, “Birmingem”, “Vest Bromviç” kimi klublarda çıxış edib.
Forvard Yeni Zelandiya millisində 80 oyunda 41 qol vurub.