AZ

Son Hın Min müstəsna uğura nail oldu

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun “Hoffenhaym”la səfər oyunu “Tottenhem”in hücumçusu Son Hın Min üçün düşərli olub.

Arena.az məlumat verir ki, “Sonni” “mahmızlar”ın qələbəsinə vurduğu dübarə qolla töhfəsini verib.

Bu qolları sayəsində cənubikoreyalı futbolçu müstəsna uğura nail olub. Belə ki, “Sonni” artıq ardcıl 9-cu mövsümdür ki, “mahmızlar”ın heyətində bütün yarışlar çərçivəsində ən azı 10 qol vurmağı bacarıb. Son Hın Min İngiltərə Premyer Liqasının oyunçuları arasında müvafiq nailiyyətə müvəffəq olmuş yeganə futbolçudur.

Son Hın Min “Tottenhem”ə 2015-ci ilin avqust ayında 20 milyon avro məbəğ müqabilində Leverkuzen “Bayer”indən tamhüquqlu əsasda keçib. “Sonni”nin “mahmızlar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Son kapitanı olduğu “Tottenhem”in heyətində bütün yarışlarda 28 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Sonni”nin “mahmızlar”ın heyətində çıxışının ümumi mənzərəsi 436 oyun, 172 qol və 91 məhsuldar ötürmədən ibarətdir.

Son hazırda kapitanı olduğu, 2010-cu ilin dekabr ayında debüt etdiyi Cənubi Koreya Respublikası yığmasının heyətində 131 oyun keçirib, 51 qol vurub, 22 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı cənubikoreyalı sol cinah hücumçusu Son Hın Minin transfer dəyərini 38 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
19
arena.az

1Mənbələr