AZ

ABŞ Latın Amerikasının dörd ölkəsindəki miqrasiya mərkəzlərini bağlayır

ABŞ prezidenti Donald Trampın administrasiyası sələfi Co Baydenin Kolumbiya, Kosta-Rika, Ekvador və Qvatemalada yaratdığı və bu və digər ölkələrin vətəndaşlarının ABŞ-a qanuni şəkildə daxil ola biləcəyi immiqrasiya mərkəzlərini bağlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "CBS News" sərəncamında olan sənədlərə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, mərkəzlər immiqrasiya müraciətlərinin qəbulunu və onlara baxılmasını dayandırıb. Qərar ABŞ-ın immiqrasiya proseslərini ABŞ-ın milli maraqlarına uyğun şəkildə necə tənzimləməli olduğunu qiymətləndirmək üçün daha əhatəli səylərin bir hissəsidir.

Dörd Latın Amerikası ölkəsində miqrasiya mərkəzləri Co Baydenin prezidentliyi dövründə ABŞ-ın cənub sərhədini keçən qeyri-qanuni mühacir axınını azaltmaq üçün açılıb. Bu mərkəzlər vasitəsilə ABŞ-da yaşamaq istəyənlər işçi qüvvəsinin cəlb edilməsi, qaçqınların qəbulu, ailə birləşməsi və digər hüquqi proqramların bir hissəsi kimi immiqrasiya ərizələri təqdim edə bilər.

Seçilən
21
50
operativmm.az

10Mənbələr