AZ

“AZAL təyyarəsinin “Pantsir S-1”lə vurulduğu təsdiqləndi” – KİV

qəza
“AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi üzrə Rusiyada aparılan istintaq təyyarənin “Pantsir S-1” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu təsdiqləyib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə caliber.az mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu qurğu Rusiyaya Suriyadan gətirilib:
“Həmçinin, öyrəndiyimiz kimi, Rusiya təhqiqatı Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib. Bunun nəticəsində təyyarənin idarəetmə sistemi sıradan çıxıb”
Nəşr qeyd edib ki, Rusiyada aparılan istintaq təkcə mülki təyyarəyə atəş açan şəxsi deyil, həm də əmri verən şəxsi müəyyənləşdirib:
“Redaksiyamız artıq bu şəxslərin adlarını və titullarını bilir”.
Seçilən
25
yeniavaz.com

1Mənbələr