AZ

Məşhur futbolçu 41 yaşında karyerasını başa vurdu

Braziliyalı futbolçu Felipe Melo 41 yaşında futboldan ayrılıb. 

News24.az xəbər verir ki, məsələ ilə bağlı sosial media hesabından paylaşım edən Melo həyatının ən mühüm dövrlərindən birini bağladığını, futbola minnətdar olduğunu, çalışdığı klublara və keçmiş komanda yoldaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Felipe Melo futbolçu karyerasına Braziliyanın Flamenqo komandasında başlayıb. O, “Kruzeyro”, “Qremio”, “Malyorka”, “Rasinq Santander”, “Almeriya”, “Fiorentina”, “Yuventus”, “Qalatasaray”, “İnter”, “Palmeyras” və son olaraq “Fluminense”də çıxış edib.

41 yaşlı futbolçu 4 mövsüm çıxış etdiyi "Qalatasaray"da 8 kubok qazanıb.

Karyerası boyunca 721 matça çıxan Felipe Melo 53 qol vurub, eyni zamanda Braziliya Milli Komandasının forması ilə 19 matça çıxıb və iki dəfə fərqlənib.


Məryəm İlhamqızı

Seçilən
10
23
news24.az

10Mənbələr