"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandaya yeni gələn Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov haqda danışıb.
Fanat.Az xəbər verir ki, "City Xtra" ispaniyalı mütəxəssisin PSJ ilə ÇL oyunundan sonra keçirilən mətbuat konfransındakı fikirlərini belə çatdırıb:
“Xusanov artıq buna o mənada öyrəşib ki, Fransa liqasında çıxış edərək artıq sürətli və sərt oyunçularla mübarizə aparırdı. Amma təbii ki, o, ingilis və ya fransız dilini çox yaxşı bilmir. Beləliklə, ünsiyyət bizim həll etməli olacağımız şeylərdən biri olacaq”.
Bazar ertəsi, yanvarın 20-də City, 20 yaşlı Lens oyunçusu ilə 2029-cu ilin yayına qədər müqavilə imzaladığını açıqladı. O, "Mançester Siti" ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Mirağa